Çində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak edib.

Tədbirdə çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf edərək, regionun siyasi cəhətdən ən stabil, iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsinə çevrildiyini, ölkəmizin tarixi zəfərlərə imza atdığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb.

Azərbaycanla Çin arasında müasir dövlətlərarası münasibətlərin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin qoyduğunu vurğulayan diplomat Prezident İlham Əliyevin  Çin ilə əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi siyasətini uğurla davam etdirdiyini deyib.

Ətraflı videoda: