Stomatoloqlara 1800 manatlıq plan tələbi niyə qoyulub?

Bir müddətdir paytaxtda stomatoloqlardan hər iş otağı üçün aylıq 1800 manat, bölgələrdə isə 1200 manat tələb olunduğu barədə iddia yayılıb.

Day.Az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Xəzər Xəbər"ə müsahibəsində məsələyə münasibət bildirib.

"Stomatoloqlar tərəfindən qeyri-rəsmi ödənişlər həddən artıq çox saydadır. Bunun qarşısının alınması üçün TƏBİB tərəfindən artıq müzakirələrə başlanılıb", - deyə, o söyləyib.

V. Qurbanovun sözlərinə görə, burada konkret rəqəm və say üzərindən danışmaq düzgün deyil. Hələ rəsmi qərar yoxdur.

Daha ətraflı süjetdə: